525.Az

"Qalib gəlib elitada qalmağımızı rəsmiləşdirmək istəyirdik" - Adil Şükürov


 

"Qalib gəlib elitada qalmağımızı rəsmiləşdirmək istəyirdik" - <b style="color:red">Adil Şükürov</b>

"Bu oyunda qalib gəlmək istəyirdik. Futbolçular əziyyət çəkdilər. Buna görə onlara təşəkkür edirəm".

QOL.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Adil Şükürov Misli Premyer Liqasının 31-ci turunda bu gün "Sabah"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 1:2 hesablı məğlubiyyəti belə şərh edib: "Qalib gəlib elitada qalmağımızı rəsmiləşdirmək istəyirdik. Bu dəfə alınmadı. Gələn oyunlara köklənməliyik. Ümid edirəm ki, qarşıdakı oyunlarda məsələni həll edə biləcəyik. Azarkeşlərimizə də dəstək üçün minnətdaram".

 





21.04.2024    çap et  çap et