525.Az

Həştərxanda bazar yanıb, 100 nəfər təxliyə edilib


 

Həştərxanda bazar yanıb, 100 nəfər təxliyə edilib<b style="color:red"></b>

Rusiyanın Həştərxan vilayətindəki eyni adlı şəhərdə ən böyük bazarlardan birində yanğın baş verib.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə  Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın zamanı 100-dən çox insan təhlükə zonasından çıxarılıb.

Şəhər icra hakimiyyətinin mətbuat xidmətindən bildirilib ki, yanğının söndürülməsinə kommunal xidmətin işçiləri də köməklik göstərir.

Yanğın sahəsi 1200 kvadratmetr təşkil edir.

Hazırda yanğın lokallaşdırılıb, itki olmayıb.

Yanğının söndürülməsinə 90 nəfər canlı qüvvə və 21 texnika cəlb olunub.

 





21.04.2024    çap et  çap et