Bu gün bir neçə rayonda təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz İB”dən Lent.az-a verilən məlumata görə, qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün Siyəzən rayonunun bir hissəsinə, Gəncə şəhərinin bir hissəsinə, işlər başa çatanadək isə Xəzər rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.