"Çin və Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyəyə qaldırılması üçün üçün çoxsaylı fürsətlər mövcuddur".
525.az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Dinq Tao “Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol” mövzusunda keçirilən tədbirdə deyib.
Qeyd edib ki, dövlət başçıları mütamadi olaraq sıx əlaqə saxlayırlar. Əlavə edib Azərbaycan Çinə siyasi dəstək verir. Tayvanda keçirilən seçkilərdən sonra Azərbaycan XİN vahid Çin mövqeyindən çıxış edərək, öz dəstəyini ifadə etdi: "Praktiki əməkdaşlıq davamlı olaraq inkişaf edir. "Bir kəmər, bir yol"un "Transxəzər"lə birləşdirilməsi işləri aparılır. İki ölkə arasında alternativ enerji ilə bağlı əməkdaşlıq var. Azərbaycan Çində 5 ticarət evi açıb. Ötən il ticarət dövriyyəsində rekord, 43 faiz artım qeydə alınaraq, 3,1 milyard ABŞ dolları təşkil edib".
Diplomat deyib ki, Çin COP29 çərçivəsində Azərbaycanı dəstəkləyir.
Pərvanə