Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 13 ildən sonra ilk dəfə İraqa rəsmi səfərə yola düşüb.
525.az xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.
R.T.Ərdoğan İraq Prezidenti Əbdüllətif Camal Rəşid, Baş nazir Məhəmməd Şiya əs-Sudani ilə görüşəcək.
Bildirilib ki, səfər çərçivəsində təhlükəsizlik başda olmaqla ticarət əlaqələri, su problemi, təbii qaz və neft ixracı məsələləri müzakirə olunacaq. Tərəflər arasında terrora qarşı mübarizə mərkəzinin yaradılması planlaşdırılır.