|
|
|
|
“Azərbaycan və Çin əlaqələri genişlənməkdə davam edir”.
525.az xəbər verir ki, bunu Çin Sosial Elmlər Akademiyası Rusiya Şərqi Avropa və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru Sun Cuanqcı “Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol” mövzusundakı konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə bu, məqam münasibətlərimizin təməlinin möhkəm olduğunu göstərir.
Ekspert deyib ki, əlaqələrimiz iqtisadi və siyasi baxımdan inkişaf edib. Çinlilər Azərbaycanı vacib ölkələrdən biri hesab edirlər: "Biz İpək yolunun daha da genişləndirilməsini istərdik".
O bildirib ki, iki ölkənin əlaqələri ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdən başlayaraq inkişaf edib. Prezident İlham Əliyevin rəhbərliyi dövründə dostluq əlaqələrimiz davamlı olaraq inkişaf edib. Ekspert Azərbaycanla birgə araşdırma sahəsində işlərin daha da genişlənəcəyinə ümid etdiyini söyləyib.
Pərvanə