525.Az

Erməni istehkamçıları Aşağı Əskipara kəndi yaxınlığında mina təmizləmə işlərinə başlayıblar


 

Erməni istehkamçıları Aşağı Əskipara kəndi yaxınlığında mina təmizləmə işlərinə başlayıblar<b style="color:red"></b>

Erməni istehkamçıları Aşağı Əskipara kəndində (Voskepar) Müqəddəs Məryəm kilsəsi ilə bitişik ərazilərdə sərhədləri daha da dəqiqləşdirmək məqsədilə minalardan təmizləmə işlərinə başlayıblar.

525.az xəbər verir ki, bu barədə “Sputnik-Armenia” məlumat yayıb.

Azərbaycanla delimitasiya nəticəsində yeni sərhəd Ermənistan tərəfinin nəzarətində qalacaq kilsənin yaxınlığından keçəcək. Hazırda orada 20-25 istehkamçının işlədiyi bildirilir.

 





22.04.2024    çap et  çap et