525.Az

Birinci siniflərə qəbulla bağlı ən çox verilən suallar cavablandırılıb


 

Birinci siniflərə qəbulla bağlı ən çox verilən suallar cavablandırılıb<b style="color:red"></b>

Mayın 1-dən 2024-2025-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu prosesinə başlanılır. Qəbul prosesinin elektron sistem vasitəsilə həyata keçirilməsinə dair ən çox verilən sualların cavabları ilə link vasitəsilə tanış olmaq mümkündür.

Bu barədə 525.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edək ki, uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir və proses www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mayın 3-dən sentyabrın 13-dək aparılacaq. Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat, mayın 7-dən 30-dək müsahibə mərhələsi keçiriləcək. Sözügedən qrupda iyunun 12-dən sentyabrın 13-dək məktəb və müəllim seçimi aparılacaq.

Bu il Azərbaycan bölməsi üzrə 82 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək.

Sevinc Qarayeva

 





22.04.2024    çap et  çap et