525.Az

Bələdiyyələrin statusunda dəyişiklik edilir


 

Bələdiyyələrin statusunda dəyişiklik edilir<b style="color:red"></b> Azərbaycan Milli Məclisinin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında bələdiyyələrin statusunda və fəaliyyətlərində dəyişiklik müzakirəyə çıxarılıb.

Lent.az-ın məlumatına görə, iclasda komitə sədri Arif Rəhimzadə layihə barədə məlumat verərək bildirib ki, bununla bağlı “Bələdiyyələrin statusu haqqında” qanuna 22-1 və 22-2 maddələri əlavə edilir.
 
Layihəyə əsasən, yeni 22-1-ci (Bələdiyyə üzvlərinin səlahiyyətlərinin dayandırılması) maddəsində göstərilir ki, bələdiyyə üzvlərinin səlahiyyətlərinin dayandırılması onların “Bələdiyyə üzvünün statusu haqqında” qanunun 4-cü maddəsində nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinin müvəqqəti dayandırılmasından ibarətdir. Bələdiyyə üzvlərinin səlahiyyətləri məhkəmənin qərarı ilə dayandırılır.

Maddədə o da deyilir ki, bələdiyyə üzvlərinin səlahiyyətləri bu qanunun 22-ci maddəsinin 5-ci, 6-cı bəndlərində nəzərdə tutulmuş əsaslarla bələdiyyə üzvünün səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi ilə bağlı məhkəmədə icraata başlandığı tarixdən aşağıdakı müddətə dayandırılır:

- bələdiyyə üzvünün səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarından sonra bələdiyyə tərəfindən bu qanunun 23-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq bələdiyyə tərəfindən qərar qəbul edilənədək;

- iş üzrə məhkəmə icraatına xitam verilməsi barədə məhkəmənin qərarı qüvvəyə minənədək.
 
Layihədə nəzərdə tutulan daha bir yeni 22-2-ci (Bələdiyyələrin vaxtından əvvəl buraxılması) maddəsində göstərilir ki, Milli Məclis ona bu qanunun 52-2-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq müraciət olduqda və bununla əlaqədar bələdiyyənin hesabatının dinlənilməsi nəticəsində onun fəaliyyətini qeyri – qənaətbəxş hesab etdikdə Mərkəzi Seçki Komissiyası bələdiyyənin vaxtından əvvəl buraxılması haqqında qərar qəbul edir.
 
Müzakirələrdən sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
 





26.09.2014    çap et  çap et