525.Az

ABŞ-də parkda atışma: 2 ölü, 6 yaralı


 

ABŞ-də parkda atışma: <b style="color:red">2 ölü, 6 yaralı</b>

ABŞ-nin Tennessi ştatının Memfis şəhərində parkda keçirilən əyləncə gecəsinə silahlı basqın nəticəsində 2 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

525.az xəbər verir ki, polis Memfisdə bir parkda 200-300 nəfərin iştirak etdiyi şənlikdə baş verən atışma ilə bağlı açıqlama verib. Xəbər verildikdən sonra hadisə yerinə gələn polis silahlı şəxslər tərəfindən vurulan 8 nəfərdən 2-nin həyatını itirdiyini bildirib. 

Qeyd edək ki, polis 6 yaralının xəstəxanaya aparıldığını və 2 şübhəlinin axtarıldığını vurğulayıb.

Məhəmməd Tağıyev

 





22.04.2024    çap et  çap et