525.Az

Yaponiyada 2 helikopter qəzaya uğrayıb: 1 ölü, 7 itkin


 

Yaponiyada 2 helikopter qəzaya uğrayıb: <b style="color:red">1 ölü, 7 itkin</b>

Yaponiya Özünümüdafiə Qüvvələrinə (SDF) məxsus iki hərbi helikopterin Sakit okeanda təlim zamanı qəzaya uğraması nəticəsində azı bir nəfər ölüb.

525.az xəbər verir ki, SDF-yə məxsus hər birində 4 ekipaj üzvü olan iki hərbi helikopter Sakit okeanda keçirilən təlim zamanı qəzaya uğrayıb.

SDF-nin verdiyi açıqlamada yerli vaxtla saat 22:38 və 23:04-də "SH-60K" tipli helikopterlərlə əlaqənin kəsildiyi, bölgədə başladılan axtarış tədbirləri zamanı bir nəfərin cəsədinin tapıldığı bildirilib.

Qəzadan sonra itkin düşən 7 nəfərin axtarışlarının davam etdiyi bildirilərkən, "SH-60K" tipli helikopterlərin iştirak etdiyi bütün təlimlərin müvəqqəti olaraq dayandırıldığı qeyd edilib.

Məhəmməd Tağıyev

 





22.04.2024    çap et  çap et