525.Az

İspaniyanın 100-dən çox yerində nümayişlər keçirilib


 

İspaniyanın 100-dən çox yerində nümayişlər keçirilib<b style="color:red"></b>

Fələstinin İşğalına Qarşı Həmrəylik Şəbəkəsi (RESCOP) qeyri-hökumət təşkilatının çağırışı ilə 100-dən çox yerdə küçələrə çıxan ispanlar Qəzzada soyqırımın dayandırılması və dərhal atəşkəs elan edilməsi çağırışı edib.

525.az xəbər verir ki, İsrail-Fələstin münaqişəsinin başlamasından bu yana son 6 ayda ölkə daxilində 4-cü dəfə iştiraklı nümayiş təşkil edilib. Qəzzədə soyqırıma, Fələstində işğala, enik təmizləməyə və köçkün müstəmləkəçiliyinə yox mesajını vurğulayan nümayişçilər, İspaniya hökumətini və beynəlxalq ictimaiyyəti İsrailə qarşı təcili, konkret və təsirli tədbirlər görməyə çağırıb.

Belə ki, paytaxt Madridin mərkəzində əllərində Fələstin bayraqları ilə yürüşə çıxan minlərlə insan İsraili, ABŞ-ni və Avropa İttifaqını (Aİ) tənqid edib.

Məhəmməd Tağıyev

 





22.04.2024    çap et  çap et