525.Az

London merindən Sunak və Baydenə ÇAĞIRIŞ


 

London merindən Sunak və Baydenə <b style="color:red">ÇAĞIRIŞ</b>

London meri Sadiq Xan Böyük Britaniyanın Baş naziri Rişi Sunak və ABŞ Prezidenti Co Baydendən Qəzzadakı müharibəni dayandırmaq üçün öz nüfuzlarından istifadə etmələrini istəyib.

525.az xəbər verir ki, "Meydanda bayram" tədbiri Londonun məşhur Trafalqar meydanında bu il 19-cu dəfə keçirilib. Müsəlman ölkələrindən yeməklərin və suvenirlərin satıldığı, ölkə mədəniyyətlərinin təqdim olunduğu, stendlərin qurulduğu meydanda müxtəlif ölkələrin musiqi və rəqs qrupları çıxış edib.

Tədbirin aparıcısı, Londonun müsəlman meri Sadiq Xan meydana toplaşan minlərlə insan qarşısında çıxışında: "Biz məhbusların azad edilməsini və axan qanların dayandırılmasını, atəşkəsin olmasını, İsrailə silah satışının dayandırılmasını istəyirik. Baş nazir Rişi Sunak və Prezident Co Bayden, ölümləri dayandırmaq üçün nüfusunuzdan istifadə edin", - deyə çağırış edib.

Məhəmməd Tağıyev

 





22.04.2024    çap et  çap et