525.Az

Əfqanıstanda daşqınlar nəticəsində 99 nəfər ölüb


 

Əfqanıstanda daşqınlar nəticəsində <b style="color:red">99 nəfər ölüb</b>

Əfqanıstanda son iki həftədə daşqınlar nəticəsində 99 nəfər ölüb.

525.az xəbər verir ki, daşqınlar ən çox can və mal itkisinə Qəzni, Paktiya, Cüzcan, Fərəh, Samanqan, Pervan, Hilmend və Nəngerhar əyalətlərində səbəb olub.

Əfqanıstan müvəqqəti hökumətinin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyinin sözçüsü Molla Canan Saik, son 4 gündə ən azı 29 nəfərin, 11-14 aprel tarixləri arasında isə ən azı 33 nəfərin həyatını itirdiyini açıqlayıb.

Qeyd edək ki, Əfqanıstan meteorologiya qurumu ölkənin xüsusilə mərkəzi və şimal-şərq bölgələrində həddindən artıq yağış və daşqınlar ehtimalı barədə xəbərdarlıq edib.

Məhəmməd Tağıyev

 





22.04.2024    çap et  çap et