525.Az

Nyu-Yorkda siçovul böhranı


 

Nyu-Yorkda siçovul böhranı<b style="color:red"></b>

Nyu-York meri Erik Adamsın sözlərinə görə, şəhərdə qripə bənzər xəstəliklərin artmasına siçan sidiyi səbəb olub.

525.az xarici mediaya istinadən xəbər verir ki, bələdiyyə rəhbərliyi şəhər sakinlərini son bir neçə ildə rekord səviyyədə artan xəstəliklərin qarşısını almaq üçün əməkdaşlığa dəvət edib.

İllər ərzində ABŞ-nin ən əhəmiyyətli şəhərlərindən biri olan Nyu-Yorkda daimi siçan populyasiyası səbəbindən davamlı olaraq xəstəlik hallarının şahidi olunub.

Şəhərin Səhiyyə Departamentinin məlumatına görə, son vaxtlar bu rəqəm artıb. Təkcə 2023-cü ildə 24 hadisə qeydə alınıb.

Qeyd edək ki, bu, bir il ərzindəki ən yüksək rəqəmdir.

Malik Atilay 

 





22.04.2024    çap et  çap et