525.Az

Rusiya: Ukrayna PUA-larla Rusiyaya hücum edib


 

Rusiya: Ukrayna PUA-larla Rusiyaya hücum edib<b style="color:red"></b>

“Dünən gecə Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə qarşı təyyarə tipli PUA-lardan istifadə edərək silsilə terror cəhdinin qarşısı alınıb”.

525.az xarici KİV-ə əsasən xəbər verir ki, bu sözlər Rusiya Müdafiə Nazirliyindən hücumlarla bağlı verilən açıqlamada bildirilib.

Açıqlamada, Rusiya hava hücumundan müdafiə raket sistemlərinin 26-sı Belqorod, 10-u Bryansk, 8-i Kursk və 2-si Tula bölgəsində olmaqla ümumilikdə 50 İHA-nı məhv etdiyi; Smolensk, Ryazan, Kaluqa və Moskva vilayətlərində bir PUA-nın vurulduğu bildirilib.

Malik Atilay 

 





22.04.2024    çap et  çap et