525.Az

Keniyada helikopter qəzası: Baş Qərargah rəisi və 10 əsgər öldü


 

Keniyada helikopter qəzası: <b style="color:red">Baş Qərargah rəisi və 10 əsgər öldü</b>

Keniyada Baş Qərargah rəisi Francis Oqolla və 10 hərbçinin helikopterin qəzaya uğraması nəticəsində həyatını itirdiyi açıqlanıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, Keniya Prezident Adminstrasiyadan verilən açıqlamaya görə, qəzada Baş Qərargah rəisi Oqolla və 10 hərbçi həlak olub, 2 əsgər isə yaralanıb.

Prezident Uilyam Ruto mətbuat konfransında helikopterin havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğradığını bildirib və itkilərə görə çox kədərləndiklərini vurğulayıb.

Qəzanın yerli vaxtla saat 14:20-də baş verdiyini bildirən Ruto, Keniya Hərbi Hava Qüvvələrinin qəzanın səbəbini müəyyən etmək üçün hadisə yerinə hava araşdırma qrupu göndərdiyini bildirib.

Qeyd edək ki, Prezident Ruto qəza ilə əlaqədar ölkə daxilində 3 günlük milli matəm elan edildiyini açıqlayıb. 

Malik Atilay 

 





22.04.2024    çap et  çap et