525.Az

Maldivdə keçirilən parlament seçkilərinin qalibi müəyyənləşib


 

Maldivdə keçirilən parlament seçkilərinin qalibi <b style="color:red">müəyyənləşib</b>

Cənubi Asiyanın ada ölkəsi Maldiv adalarında keçirilən parlament seçkiləri qeyri-müəyyən nəticələrə görə prezident Məhəmməd Muizzunun partiyası olan Xalq Milli Konqresinin (PNC) qələbəsi ilə nəticələnib.

525.az xəbər verir ki, Maldiv Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən, seçkidə bölgələri təmsil edən 93 yerdən 86-ı müəyyənləşib. Komissiya PNC-nin 86 mandatdan 66-nı qazandığını açıqlarkən, prezident Muizzunun partiyası qalan 7 yerin nəticələrini gözləmədən qələbəsini elan edib.

Qeyd edək ki, Maldiv adalarında keçirilən seçkiləri orada rəqabət aparan Hindistan və Çin də yaxından izləyir.

Məhəmməd Tağıyev

 





22.04.2024    çap et  çap et