525.Az

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Naxçıvanın yeri və rolu


 

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Naxçıvanın yeri və rolu<b style="color:red"></b>

(əvvəli ötən saylarımızda) 

Naxçıvan Azərbaycanın qədim tarixə malik regionlarından biridir. Buradakı qədim tarixi abidələr, maddi-mədəniyyət nümunələri Naxçıvanın təkcə Azərbaycanın deyil, bəşəriyyətin təşəkkül tapdığı ən qədim yaşayış məskənlərindən biri olduğunu sübut edir. Naxçıvan tarixi-mədəni abidələrilə yanaşı həm müxtəlif fəaliyyət sahələrində ölkəmizə əvəzsiz xidmət göstərmiş görkəmli tarixi şəxsiyyətləri ilə məşhurdur. Bu da Naxçıvanın həm maddi-mədəni, həm mənəvi baxımdan zəngin bölgəsi olduğunu göstərir.

Naxçıvan həm təkcə Azərbaycanın deyil, dünya tarixində parlaq iz qoymuş Heydər Əliyev kimi dahi şəxsiyyətin dünyaya gəlib böyüdüyü bir regiondur. Azərbaycanın böyük siyasi dövlət xadimi, xalqımızın ümummilli lideri, qurtuluş mübarizəsinin öndəri,  Yeni Azərbaycan Partiyasının banisi, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisi olan müasir Azərbaycan dövlətinin qurucusu 1993-2003- illərdə Azərbaycan Respublikasının Prezidenti olmuş H.Əliyev 1923- ildə Naxçıvanda doğulub.       Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra 1939-41-ci illərdə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. 1941-ci ildən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası (Naxçıvan MSSR) Xalq Daxili İşlər Komissarlığında Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri işləyib. 1944- ilin mayında Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb, leytenantlıqdan general rütbəsinədək yüksəlib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1964- ildə Azərbaycan Sovet Sosialist Respublikası Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilib. Ulu öndər Dövlət Təhlükəsizliyi Komitəsində fəaliyyəti dövründə bu mühüm strukturun azərbaycanlılaşdırılması üçün öz xalqı qarşısında misilsiz xidmətlər göstərib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) iyul (1969) plenumunda AKP MK-nın birinci katibi, MK-nın büro üzvü seçilib. Bununla, ümummilli liderimizin Azərbaycana rəhbərliyinin birinci dövrü başlanıb. O, AKP MK-nın avqust (1969) plenumundakı məruzəsi ilə respublikada xalq təsərrüfatına mədəni quruculuğa rəhbərliyi əsaslı surətdə yaxşılaşdırmağın, dövlət əmək intizamını möhkəmləndirməyin, kadrların məsuliyyətini artırmağın yeni xəttini müəyyən edib. Bu xətt Heydər Əliyevin sonrakı məruzə çıxışlarında daha da inkişaf etdirilərək elmi surətdə əsaslandırılıb, respublikanın iqtisadi-siyasi həyatında xalqın mənəviyyatına mənfi təsir göstərən tənəzzül meyllərinin qarşısının alınması, sağlam mənəvi-psixoloji iqlimin, ictimai ovqatın bərqərar olunması uğrunda uzunmüddətli mübariz fəaliyyət proqramına çevrilib. Möhtərəm Heydər Əliyev 1976- ilin martında Sov. İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilib, eyni zamanda, Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) Nazirlər Soveti sədrinin birinci müavini təyin edilib. O, türk-müsəlman xalqlarına qarşı ayrı-seçkilik siyasətinin yeridildiyi şəraitdə SSRİ kimi nəhəng bir dövlətin ali rəhbərliyinə ucalmaqla misilsiz dövlət idarəçiliyi istedadı bacarığı nümayiş etdirib.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən mükəmməl iqtisadi inkişaf konsepsiyası hazırlanmış, ənənəvi təsərrüfat sahələrinin şöhrəti səmərəliliyi bərpa edilib, yeni-yeni istehsal sahələrinin əsası qoyulub, iqtisadiyyatın sənaye bazası genişləndirilib müasirləşdirilib. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə (1969-82-ci illər) idarəetmə mexanizmi metodlarının təkmilləşdirilməsi, qanunçuluğa ciddi əməl edilməsi, əmək ictimai-siyasi fəallığın artırılması, kənd təsərrüfatının inkişafı sahələrində yüksək göstəricilər əldə edilməklə yanaşı, azərbaycançılıq məfkurəsinin, milli ruhun, milli-mənəvi özünüdərkin, mədəniyyətin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, soykökü əsasında millətdə müstəqil dövlətçilik ideyalarının güclənməsi reallaşması üçün çox mühüm işlər görülüb. 1970-80-ci illərin birinci yarısı Azərbaycanın ictimai-iqtisadi sosial-mədəni həyatında sürətli yüksəliş mərhələsi olmuş, müstəqil Azərbaycanın təməli qoyulub. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə (1969-82) ictimai-iqtisadi inkişafın milli-mədəni oyanışın bütün sahələrində müstəqilliyə doğru böyük dönüş başlanıb. O, dövlətçilik fəaliyyətinin Moskva dövründə həmişə Azərbaycanı düşünüb, onun taleyi ilə yaşayıb, doğma respublikanın yalnız SSRİ məkanında deyil, həmçinin bütün dünyada tanıdılması üçün mövcud imkanlardan bacarıqla istifadə edib.

Heydər Əliyev SSRİ Ali Sovetinin (8, 9 10-cu çağırışlar) deputatı seçilib, 9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini, Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9 10-cu çağırışlar) deputatı respublika Ali Soveti Rəyasət Heyətinin üzvü olub, "Lenin" ordeni (4 dəfə), "Qırmızı Ulduz" ordeni çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına (1979, 1983) layiq görülüb. 1970-80-ci  illərdə  Sov. İKP MK SSRİ Ali Soveti nümayəndə heyətinin başçısı üzvü kimi Meksika, Almaniya, Vyetnam, Koreya Xalq Demokratik Respublikası, Rumıniya, Yuqoslaviya, İtaliya, Misir, Suriya Hindistana rəsmi səfərlər edib. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sov. İKP MK Siyasi Bürosunun Baş katib M.S.Qorbaçovun yeritdiyi səhv xəttə, onun antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verib mövcud rejimə qarşı müxalif mövqe tutub. Heydər Əliyev sovet qoşunlarının 1990- ilin 20 Yanvarında Bakıda törətdiyi qanlı qırğınla əlaqədar ertəsi gün, Kreml rejiminin təqiblərinə səhhətinin ağır olmasına baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyində verdiyi bəyanatında Azərbaycan xalqına qarşı silah işlədilməsini qətiyyətlə pisləyib, Azərbaycan xalqının Qurtuluş mübarizəsinin önünə keçib. O, doğma xalqını milli-siyasi fəlakət burulğanından xilas etmək üçün 1990- ilin iyulunda Azərbaycana qayıdıb, ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda Qurtuluş mübarizəsini davam etdirib, həmin ildə Azərbaycan Naxçıvan parlamentlərinə deputat seçilib. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü, xüsusilə onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı illər (1991-93) muxtar respublikanın siyasi, sosial-iqtisadi mədəni inkişafının çətin, eyni zamanda, əlamətdar dövrdür. Heydər Əliyev, birinci növbədə, Naxçıvan Muxtar Respublikasını Ermənistanın silahlı təcavüzü işğalı təhlükəsindən xilas edib. Bu illərdə ulu öndərin təşəbbüsü ilə muxtar respublikanın Ali Məclisinin adından "sovet, sosialist" sözləri çıxarılıb, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-20) üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunub. Blokada şəraitində olan muxtar respublikanın iqtisadi problemlərinin həllinə ciddi diqqət yetirilib, qonşu Türkiyə İranla iqtisadi əlaqələr yaradılıb, Naxçıvanı Türkiyə ilə birləşdirən "Ümid körpüsü", İranla yük sərnişin daşınmasını təmin edən Şahtaxtı-Poldəşt körpüsü salınıb.

Xalqımızın böyük oğlu 1991-ci ilin fevralında Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasındakı çıxışında Vətənin ağır çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcunu yerinə yetirməyə, müstəqillik uğrunda mübarizəyə qoşulmağa gəldiyini bəyan edib, dağılmaqda olan Sovet İttifaqında, eləcə Azərbaycanda mövcud ictimai-siyasi vəziyyəti obyektiv təhlil edərək, cəmiyyəti dərindən düşündürən problemlər barədə mühüm ideyalar irəli sürüb, prinsipial konkret fikirlər söyləyib, təkliflər verib, siyasi iqtisadi böhranın səbəbləri, onların aradan qaldırılması yolları barədə qətiyyətli mövqeyini bəyan edib, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri günahkarı barədə deyib: "Yaranmış vəziyyətin günahkarı hakimiyyətdə olan Kommunist Partiyasının Mərkəzi Komitəsi, partiya dövlət hakimiyyətini ələ keçirmiş Qorbaçovdur".

Xalqının müstəqilliyi uğrunda dönmədən mübarizə aparan ulu öndər Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərdiyi müddətdə bütün Azərbaycan xalqı Vətən üçün taleyüklü məsələlərdə daim qətiyyətlilik nümayiş etdirib: Kommunist Partiyasının Naxçıvanda fəaliyyət göstərən bütün strukturları ləğv edilib (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il 26 avqust tarixli qərarı), Azərbaycan Ali Sovetinin 1991-ci il 29 avqust tarixli sessiyasının qərarına əsasən, Azərbaycanda həmin il sentyabrın 8- təyin edilmiş prezident seçkilərinin Naxçıvan Muxtar Respublikası ərazisində keçirilməsinin dayandırılması (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il 4 sentyabr tarixli qərarı) haqqında qərar çıxarılıb. Onun siyasi təcrübəsi qətiyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasında sabitlik təmin olunub, demokratik dövlət quruculuğu formalaşıb.

(Ardı var)

S.ABDULLAYEVA

 





26.09.2014    çap et  çap et