525.Az

Folklorla bağlı maraqlı tədqiqatlar toplusu


 

Folklorla bağlı maraqlı tədqiqatlar toplusu<b style="color:red"></b>

AMEA Folklor İnstitunun "Folklor yazılı ədəbiyyat" adlı birinci kitabı işıq üzü görüb. Kitabdakı məqalələr "Folklor yazılı ədəbiyyat" şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Kamran Əliyevin gərgin əməyi bilavasitə rəhbərliyi ilə hazırlanıb. 216 səhfə olan bu topluda professor K.Əliyevin məqaləsi daxil olmaqla 12 məqalə daxil edilib. Bütün məqalələr elmi mənbələrlə, istinad edilmiş ədəbiyyatla əsaslandırılıb zənginləşdirilib.

Professor Kamran Əliyevin "Məhəbbət əfsanəsi: faciə dastan" məqaləsində H.Cavidin "Şeyx Sənan" faciəsindən bəhs edilib əfsanə ilə əsər müqayisə olunub. K.Əliyev ilk öncə H.Cavidin "Şeyx Sənan" faciəsini yazmaq səbəbini açıqlayıb müəllifin baş qəhrəmana olan rəğbətini əsaslandırmağa nail olub. Professorun qənaətinə görə H.Cavid Şeyx Sənanı ən böyük məhəbbət simvolu hesab edir. K.Əliyev dastanla əlaqədar yazılmış bütün tədqiqat işlərini analiz edib, əsərin süjetində "Əsli Kərəm" dastanının rolunu göstərib. Müəllif, bu əsərlər arasındakı oxşarlığı bütün müstəvilərdə analiz etmiş fikrini konkret nümunələrlə əsaslandırıb. Belə ki, tədqiqatçı bu əsərləri müqayisə edərkən ilk növbədə bədii təsvirlər arasında olan oxşarlığı ön plana çəkib. K.Əliyev bundan sonra Şeyx Sənanla Kərəmin qeyri-adi aşiq kimi bir-birinə olan yaxınlığını qeyd edir. Daha sonra müəllif Kərəmin Əsliyə olan münasibətilə, Şeyx Sənanın Xumara olan münasibət arasındakı doğma çalarların olduğunu deyir.

K.Əliyev bu dastan arasında oxşarlığı, əlbəttə ən əsas hər iki gəncin İslam dininə mənsub olmayan bir qıza aşıq olduğunu qeyd edirdi. Belə ki, bu dastanlarla əsas problem dinlərarası izdivacın doğurduğu səddlər maneələrdir: "Beləliklə, aydın olur ki, bu iki klassik bədii nümunəni ortaq mövqeyə gətirən ən əlamətdar cəhət elə məhz inikas etdirilən məsələlərdən doğan ideya yaxınlığı ideya edilmişdir".

Folklor yazılı ədəbiyyat poetik təsiri" adlı I kitabın "Koroğlu" dastanının Azərbaycan şeirinə poetik təsiri" adlı ikinci məqaləsinin müəllifi İslam Sadıqdır. Müəllif haqlı olaraq, Azərbaycanda "Koroğlu" dastanının poetik gözəlliyindən, ideya zənginliyindən, məzmun dolğunluğundan az çox dərəcədə bəhrələndiyini qeyd edir: "Hətta bizim elə şairlərimiz var ki, onun yaradıcılığındakı xəlqilik büsbütün "Koroğlu" dastanının təsiri ilə yaranmışdır". İslam Sadıq, "Koroğlu" dastanının Azərbaycan yazılı şeirinə poetik təsirinin öyrənilməsinə müxtəlif aspektlərdən yanaşıb bir neçə bölgü aparıb. Burada birinci yerdə Koroğlunun qəhrəmanlıq rəmzi olması durur. Belə ki, şairlərimiz qəhrəmanlıq ruhlu şeirlər yazarkən, birinci növbədə, "Koroğlu" dastanından bəhrələnıblər. İ.Sadıq, S.Vurğunun Böyük Vətən müharibəsi dövründə yazdıqları şeirlərində qəhrəmanlıq ruhu Koroğlu obrazına görə daha da güclənib. S.Vurğunun "Koroğlu" dastanından, Koroğlu obrazından təsirlənərək, onun da qəhrəmanlığını vurğuladığı "Azərbaycan balası", "Partizan Babaş", "Yandırılan kitablar", "Ukrayna partizanları", "Qafqazdan Dona doğru" şeirlərini yazıb.

Xalq şairi Bəxtiyar Vahabzadənin "Dörd yüz on altı" poemasında "416- Taqanroq" diviziyası haqqında poemada "Dünən-bu gün" fəslində Koroğlu dastanındakı səhnələrlə müqayisələr var. Şair, burada Koroğlu ilə Bolu bəy qarşılaşdığı səhnəni göz önündə canlandırır.

Məstan Günərin "İlyana haqqında nəğmə" poemasında da "Koroğlu" dastanın motivləri var. Məmməd İsmayılın "Əsir saz" poemasını Aşıq Qaranın Gədəbəydən müharibəyə əlində sazla getməyindən bəhs edib. Bildiyimiz kimi, Koroğlu da döyüşlərə bir əlində saz, bir əlində tüfəng iştirak edib. M.İsmayıl Aşıq Qaranın bu hərəkətini Koroğlu ilə müqayisə edib Azərbaycan əsgərlərinin qələbədən sonra bu dastanı aşığa oxutdurduğunu vurğulayıb.

Əhməd Cəmilin Böyük Vətən müharibəsi dövründə yazdığı şeirlərdə , "Koroğlu" dastanının poetik təsiri açıq-aydın duyulur. Müəllifin Əhməd Cəmil Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədova həsr etdiyi "Qəhrəman qardaşıma" adlı şeirdə qəhrəmanın göstərdiyi hünərlərdən vəcdə gələrək, vətənin ağır günündə köməyə gələn Koroğluya bənzədib.

İslam Sadıqın apardığı bölgüyə görə ikinci yerdə Koroğlunun mərdlik rəmzi olduğu önə çıxarılır. Müəllif, Səməd Vurğunun "Qəhrəmanın hünəri" şeirində əsas obrazı Koroğlu ilə müqayisə edib, öz qəhrəmanını da mərdlikdə ona bənzədib. Məmməd İsmayıl "Əsir saz" poemasında, B.Vahabzadə "Özgə limanlarda" adlı şeirlərində Koroğlu dastanının, ümumiyyətlə onun mərdlik konsepsiyasının böyük rolu var.

Tədqiqatçı apardığı üçüncü bölgüyə əsasən Azərbaycan şeirində Qırat obrazı da önə çəkilən mövzulardandır. Belə ki, İ. Sadıqa görə S.Vurğunun "A köhlən atım" şeiri bütünlüklə Qırata həsr olunub. Məmməd İsmayılın "Qırat da bir at idi" şeirində Qıratın məziyyətləri vəsf olunub.

Araşdırmaçı Hüseyn Arifin, Abbasağanın, Xəlil Rzanın, R.Rzanın, M.Arazın, Famil Mehdinin yaradıcılığında da Qırat mövzusunu, Qıratla olan bənzətmələrini aşkarlayaraq tədqiq edib.

Fidan Qasımova "Folklor klassik ədəbiyyat" məqaləsində yazılı ədəbiyyatla şifahi xalq yaradıcılığının mövcud olduğu əlaqələrdən söz açıb. Tədqiqatçı, yazılı ədəbiyyat folklor probleminin iki məsələdən ibarət olduğunu qeyd edib: "Bunlardan biri yazılı ədəbiyyatda folklordan istifadə, digəri isə yazılı ədəbiyyatın folklora təsiridir". F. Qasımova Nizami yaradıcılığında folklor məsələlərini tədqiq edərkən bu mövzuda yazılan digər araşdırmalara da nəzər salıb, onlara da münasibət göstərib. Nizami yaradıcılığında folklor nümunələrini necə istifadə etməsini, onların müqayisəsini konkret misallarla verərkən o, Tağı Xalisbəylinin, Vəhdət Sultanzadənin bu istiqamətdə apardığı tədqiqatlarından faydalanıb. F.Qasımova Məhsəti Gəncəvinin, Məhəmməd Füzulinin yaradıcılığında da folklor nümunələrini araşdırıb, onların xalq deyimləri ilə eyniyyət təşkil etdiyini sübut edib. Fidan Qasımovanın bu tədqiqatı folklor nümunələrinin qədimliyini, bizim xalqa mənsubluğunu, ilkin variantını öyrənmək baxımından böyük əhəmiyyət kəsb edir.

Xəyalə Orucqızının "Professor Paşa Əfəndiyev folklor yazılı ədəbiyyat" məqaləsində tədqiqat obyekti folklorşünas alimin öz əsərlərində bu mövzuya olan münasibətidir. Belə ki, hörmətli professor " Cəfər Cabbarlı xalq yaradıcılığı", "Səməd Vurğun xalq yaradıcılığı" monoqrafiyalarında sırf bu məsələlərə toxunub. Lakin tədqiqatçının da qeyd etdiyi kimi P.Əfəndiyevin bu mövzuda yazdığı ilk məqalə A. Şaiqə həsr olunub. X. Orucqızı Paşa Əfəndiyevin Nizami, M.F.Axundov, M.Ə.Sabir digər sənətkarların əsərlərində folklor nümunələrini tədqiq etməsini yüksək qiymətləndirib, onun:" folklor yazılı ədəbiyyat ikiəsirlik folklorşünaslıq elmimizin ilk mərhələsidir" fikrini sitat gətirib.

Aynur İbrahimovanın "Səməd Vurğunun "Vaqif" dramında epik ənənələr" adlı məqaləsində ilkin olaraq Səməd Vurğun yaradıcılığında yer alıb folklor nümunələrindən bəhs edilir. Tədqiqatçı, şairin xalq poetik düşüncə tərzinə yaxın olan bir üslubda yazıb-yaratmasını təqdir edir vurğulayır ki, "S. Vurğun xalq yaradıcılığı qaynaqlarından bəhrələnərək öz ideyalarının, bədii yolla demək istədiklərinin bir qismini xalq sənəti nümunələrinin köməyi ilə əks etdirib".

Bundan sonra A.İbrahimova Vaqifin tarixi şəxsiyyəti, S.Vurğunun üçün Vaqif obrazını yaratmasını elmi şəkildə əsaslandırıb. Tədqiqatçı, S. Vurğunun "Vaqif" dramında xalq həyatının özünəməxsus təsvirini, toy adət ənələrini, ailə münasibətlərini əsərdə istifadə olunan bayatı, atalar sözlərini ayrı-ayrı tədqiq təhlil edib.

"Əhməd Cavad poeziyası foklor" adlı məqaləsində Nizami Muradoğlu Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən olan Əhməd Cavadın həyat yaradıcılığına ekskursiya edib. Tədqiqatçı Əhməd Cavad haqqında yazılan bütün monoqrafiyalarla, məqalələrlə tanış olub, yalnız qarşıya qoyduğu mövzuya yox, bütünlükdə Əhməd Cavad şəxsiyyəti, yaradıcılığı haqqında araşdırma aparmağa nail olub. N. Muradoğlu, şairin "Elin bayrağı", "Bismillah", "Allahu Əkbər", "Dağlar", "Gəncəm hey", "Ağlayırdım, gülürəm!", "Əfəndiyə" (M.C. Bağırova ünvanlanıb), "Göy-göl" digər şeirlərini ayrı-ayrı böyük həssaslıqla tədqiq təhlil edib.

Gülnar Osmanova "Çağdaş Azərbaycan nəsrində mifoloji obrazlar" adlı məqaləsində folklor nümunələrində, habelə yazılı ədəbiyyatda mifoloji obrazların oynadığı roldan bəhs edib.

Məlum olduğu kimi, müasir nəsrimizdə bir sıra yazıçılar öz əsərlərini xalq nağıllarının, dastanların, əfsanələrin əsasında yazıblar. Tədqiqatçı, İ.Əfəndiyev, M.Süleymanlı, K. Abdullanın əsərlərində təsvir etdiyi mifoloji obrazları tədqiqat obyektinə cəlb edib. Məqalədə İ.Əfəndiyevin "Apardı sellər Saranı", "Geriyə baxma qoca", "Qarı dağı"; M.Süleymanlının "Şeytan", "Quru kəllə", "Köç"; K. Abdullanın "Yarımçıq əlyazma" əsərlərindəki mifoloji obrazlar, mifoloji düşüncə, mifik elementlər, o cümlədən etnokrafik cizgilər araşdırılıb.

Bundan əlavə müəllif, bu əsərlərdəki mifoloji obrazları folklor nümunələrindəki obrazlarla müqayisə edib, oxşar fərqli cəhətləri göstərib.

Gülsümxanım Hasilovanın "Əzizə Cəfərzadənin bədii yaradıcılığı xalq ədəbiyyatı" adlı məqaləsində görkəmli yazıçımızın əsərlərində istifadə etdiyi folklor nümunələrindən bəhs edilir. Müəllif, Ə. Cəfərzadənin romanlarında folklor janrından istifadəsini aşağıdakı şəkildə qruplaşdırır:

1. Mətnlərdə xalq bayatı, layla-oxşamalarına istinad;

2. Xalq mərasimləri;

3. Mərasim riyuallarına bağlı ovsun, fallar inanclar;

4. Lətifələr;

5. Uşaq oyunları, oyun nəğmələri;

6. Bu ya digər fikir, mətləbin açılmasında atalar sözü, zərbi-məsəllərdən istifadə;

7. Mahnı mətnləri.

G.Hasilova məqalədə Əzizə Cəfərzadənin "Aləmdə səsim var mənim","Bakı-1501", "Gülüstandan öncə", "Bəla", "Eldən-elə" sair romanlarında istifadə etdiyi zəngin folklor qaynağını tədqiq edib. Tədqiqatçı, bundan əlavə bu romanlarda atalar sözü, məsəlləri, alqış qarğışları da sistemləşdirib.

Tahir Rzayev "İsmayıl Şıxlının "Dəli Kür" romanında epos ənənəsi" adlı məqaləsində əsərin dilini, obrazlarını, etnoqrafik xüsusiyyətlərini milli folklor təfəkkürü müstəvisində tədqiq edib.

Bildiyimiz kimi, XX əsrin ortalarından başlayaraq nəsrimizdə milli təfəkkür, xalq dili, əsl insan xarakterləri onun dünyası ön plana çəkilib. Müəllif bunları nəzərə alaraq öz qənaətlərini görkəmli alim, f.ü.e.d. Muxtar İmanovun "Müasir Azərbaycan nəsrində psixologizm" (Bakı: Elm, 1991) kitabından istifadə edərək əsaslandıra bilib. Belə ki, M. İmanovun fikrincə, "...Nəsrin yeni mərhələsində qəhrəman müəllifin oxucuya çatdırmaq istədiyi idealların ruporu olmaqdan xilas edilir. Yeri gəldi-gəlmədi istər müəllif, istərsə qəhrəman nitqində hansısa problemin qeyri-bədii ifadə edilməsi, publisistik tonun bəsitlik dərəcəsinə endirilməsi halları tədricən aradan qalxır. İnandırıcı boyalar, real cizgilərlə işlənıb bədii xarakterlər sosial problemləri ifadə etməyin səmərəli yolu sayılır".

Onu da qeyd edək ki, T.Rzayev "Dəli Kür" romanının epos təfəkkürünü araşdırarkən ilk öncə roman epos münasibətlərinə nəzər salır. Müəllif burada roman janrının xüsusiyyətləri barədə söhbət açıb, daha sonra isə roman-epos münasibətlərinin tipoloji modelini nəzərə çatdırıb. Tədqiqatçı, roman yaradıcılığında epos təfəkkürünü üç formada özünü göstərdiyini qeyd edir:

1.Epos təfəkkürünə məxsus universallıq, diapazonluluq, mürəkkəb süjet xətti çoxsaylı obrazlar aləminə məxsusluq;

2.Epos təfəkkürünün süjet motivlər, detal faktlar şəklində əks olunması;

3.Epos təfəkkürünün epik düşüncə modeli şəklində özünü göstərməsi.

Müəllif, məqalədə "Dəli Kür" haqqında yazılan bütün sanballı mənbələrə istinad edib Cahandar ağa obrazını epos qəhrəmanı kimi səciyyələndirib. Bundan əlavə, əsərin epos  ənənələri baxımından tədqiqata cəlb edilməsinin zəruri olduğunu göstərib.

Doktorant Aytac Abbasovanın "Göl obrazı: əfsanə yazılı ədəbiyyatda" adlı məqaləsi həm folklor, həm tarixilik baxımından son dərəcə əhəmiyyətlidir. Müəllif, vətənimizin müxtəlif bölgələrində yerləşən göllərlə bağlı əfsanələr haqqında fikir söyləıb, hətta onların bir neçə variantda olan versiyalarının mövcud olduğunu göstərib. Bundan sonra tədqiqatçı, yazılı ədəbiyyatda N. Gəncəvinin, M.Füzulinin, İ.Nəsiminin, Ə.Haqverdiyevin, Y.V.Çəmənzəminlinin, C.Cabbarlının, S.Vurğunun, S.Rəhimovun, İ. Məlikzadənin, İ.Əfəndiyevin başqaların əfsanələr əsasında əsərlər yazdığını yaxud da əsərlərində əfsanə motivindən istifadə etdiyini qeyd edib.

V.Səfiyevanın "Akademik Həmid Araslının elmi irsində "Kitabi-Dədə Qorqud" mövzusu adlı məqaləsi görkəmli folklorşünas alim haqqında yazılan ən yaxşı araşdırmalardandır. Tədqiqatçı, alimin " Aşıq poeziyası klassiklər", "Kitabi-Dədə Qorqud", "Koroğlu", "Aşıq yaradıcılığı" s. əsərlərini, "Kitabi-Dədə-Qorqud"un təkmilləşıb nəşrlərini burada tədqiqata cəlb edib. Müəllif, H.Araslının "Kitabi-Dədə Qorqud" dastanı haqqında söylədiyi bütün mülahizələrini konkret nümunələrlə əsaslandıraraq incələyib.

Sevinc Əliyevanın "Heyvanlar haqqında nağıl təmsillərin janr xüsusiyyətləri" adlı məqaləsində folklor yazılı ədəbiyyat arasındakı sıx əlaqələrdən bəhs edilib. Müəllifin qeyd etdiyi kimi heyvanlar haqqında nağıllar janr xüsusiyyətinə görə şifahi xalq ədəbiyyatına, təmsillər isə yazılı ədəbiyyatla bağlıdır. Məhz buna görə , heyvanlar haqqında nağıllar şifahi xalq ədəbiyyatının janr xüsusiyyətini, təmsillər isə yazılı ədəbiyyatın janr xüsusiyyətini daşıyır. Tədqiqatçı məqaləsində ayrı-ayrı nağıl təmsillərdən nümunələr gətirərək həm bu janrların oxşar fərqli xüsusiyyətlərini göstərib, həm uşaqların tərbiyələndirilməsində heyvanlar haqqında yazılan əsərlərin əhəmiyyəti haqqında maraqlı mülahizələr yürüdüb.

Sonunda onu da qeyd etmək istərdik ki, AMEA-nın Folklor İnstitutunun Folklor Yazılı ədəbiyyat şöbəsinin I toplusu olan bu kitabda yer alan bütün tədqiqatlar həmin institutun eyni adlı şöbəsinin yalnız bir ayda hazırladığı materialların məcmusudur.

AMEA-nın Folklor İnstitutun direktoru, kitabın elmi redaktoru, dəyərli alimimiz, filologiya üzrə elmlər doktoru Muxtar İmanovdur. M. İmanovun qeyd etdiyinə görə bu toplunun növbəti saylarının da nəşri planlaşdırılır bundan əlavə olaraq eyni zamanda tematik topluların da yaxın zamanlarda nəşri gözlənilir.

 





26.09.2014    çap et  çap et