525.Az

Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnib - VİDEO


 

Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnib -  <b style="color:red"> VİDEO</b>

Paytaxtın Nərimanov rayonunda məktəblilərə tütün məmulatları satanlar cərimələnib.

525.az-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan köşk və mağazalar aşkar olunub. Azyaşlılara tütün məmulatı satan satıcılarla profilaktik söhbətlər aparılıb. Həmin obyekt sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

 

 





23.04.2024    çap et  çap et