525.Az

FHN Gəncədə qanunsuz tikilini söküb


 

FHN Gəncədə qanunsuz tikilini söküb<b style="color:red"></b>

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Gəncədə qanunsuz tikilini söküb.

525.az-a bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Gəncə-Qazax avtomobil yolunun Gəncə şəhəri ərazisindən keçən hissəsində yol kənarında qanunsuz qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

 





23.04.2024    çap et  çap et