525.Az

İntiqam Yaşarın yeni kitabı çap olunub


 

İntiqam Yaşarın yeni kitabı çap olunub<b style="color:red"></b>

Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü İntiqam Yaşarın "Adını çəkirəm" adlı yeni şeirlər kitabı çap olunub.

525.az xəbər verir ki, kitabda müəllifin son illərdə yazdığı poeziya nümunələri yer alıb. İşıq üzü görən şeirlər, əsasən, fəlsəfi, vətənpərvərlik və sevgi mövzularını əhatə edir.

Qeyd edək ki, bu vaxta qədər İntiqam Yaşarın "İlk görüş" (Bakı-2012), "...və susarsan" (Bakı-2016), "Evdə yoxam", (Bakı-2016), "Bütün xatirələr sənə qalacaq" (Təbriz-2020), kitabları çap olunub.

Yeni çap olunmuş "Adını çəkirəm" şeirlər kitabının yaxın zamanlarda Azərbaycanda və Türkiyədə imza günlərinin təşkili nəzərdə tutulub.

 





23.04.2024    çap et  çap et