525.Az

Azərbaycan Ordusunun tank bölmələrində yarış keçirilib - VİDEO


 

Azərbaycan Ordusunun tank bölmələrində yarış keçirilib - <b style="color:red"> VİDEO</b>

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun tank bölmələrinin şəxsi heyəti arasında yarış keçirilib.

525.az-a bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilb ki, yarış zamanı bölmələrdə şəxsi heyətin fiziki hazırlığı yoxlanılıb, zirehli texnikanın ştat silahlarının təyin olunmuş vaxt ərzində sökülüb-yığılması, eləcə də digər tapşırıqlar üzrə normativlər qəbul edilib.

Yarışın keçirilməsində əsas məqsəd hərbi qulluqçuların fərdi bacarıqlarının inkişaf etdirilməsi, o cümlədən döyüş vərdişlərinin təkmilləşdirilməsidir.

 





23.04.2024    çap et  çap et