525.Az

Qazaxıstan səfiri Qazax rayonuna səfər edib


 

Qazaxıstan səfiri Qazax rayonuna səfər edib<b style="color:red"></b>

Qazaxıstan Respublikasının Azərbaycandakı səfiri Alim Bayel Qazax rayonuna işgüzar səfər edib.

525.az səfirliyə istinadən xəbər verir ki, səfər çərçivəsində diplomat Azərbaycan parlamenti və Qazax rayonu İcra Hakimiyyəti tərəfindən təşkil olunan “Bizim Ailəmiz – Türk Dünyasıdır” konfransında çıxış edib. Tədbirdə, həmçinin Türk dövlətlərin diplomatları iştirak edib.

Səfər zamanı Qazax rayonu İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Milli Məclisin Qazaxdan seçilən deputatı Səməd Seyidovla görüş keçirilib. Onlar rayonun xüsusiyyətləri və iqtisadi potensialı haqqında məlumat veriblər. Qonaqlar Türk inteqrasiyasına həsr olunmuş tədbirin keçirildiyi məşhur Qazax Müəllimlər Seminariyasının təmir olunan binanı ziyarət ediblər.

Öz çıxışında səfir A. Bayel Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfərinin əsas nəticələri haqqında məlumat verib, habelə ölkələrimizin Türk əməkdaşlığının təşviq edilməsində rolu haqqında söz açıb. Diplomat, gözə çarpan adına və maraqlı tarixə görə Qazax rayonunun Qazaxıstan-Azərbaycan münasibətlərində simvolik önəmini vurğulayıb.

Qonaqlar, həmçinin rayonun məşhur təbii görməli yeri olan Damcılı bulağını, Diyarşünaslıq Muzeyini ziyarət ediblər və dünya standartlarına cavab verən məhsulları istehsal edən yerli sement və mebel zavodlarının istehsalat gücləri ilə tanış olublar. Qazax rayonunun Qazaxıstanla iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi haqqında razılaşma əldə olunub.

Qazax rayonu Azərbaycan Respublikasının şimal-qərbində, Ermənistanla və Gürcüstanla sərhəddə yerləşir. Məlumdur ki, rayonun adı Qazaxıstanla eyni etimologiyasına malikdir. Bəzi tarixi məlumatlara əsasən, 16 əsrdə buraya Mərkəzi Asiyanın qazax çöllərindən böyük bir döyüşçü dəstəsi köçüb. Rayon Azərbaycanın tanınmış müğənnilərin, şairlərin, yazıçıların və sərkərdələrin doğum yeri olaraq məşhurdur. Rayon sakinlərini və qazaxları nəzərə çarpan antropoloji oxşarlıq, aşıqlar (akınlar) yaradıcılığına pərəstişkarlıq, Azərbaycanın digər rayonlara xas olmayan qurutun yerli mətbəxdə istifadəsi birləşdirir.

Pərvanə

 

 

 





23.04.2024    çap et  çap et