525.Az
Zabitimiz şəhid olub
Sentyabrın 27-də saat 10.25 radələrində Ermənistan silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.
525.az-ın Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin zabiti, leytenant Baxışlı Allahverdi Əbülfəz oğlu döyüş postunda şəhid olub.
A. Baxışlı 1991-ci ildə Hacıqabul rayonunda anadan olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və onlara səbr diləyir.
Allah rəhmət eləsin!
28.09.2014
çap et