525.Az

Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycanı təmsil edəcək komandanın seçmə imtahanı keçirilib


 

Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycanı təmsil edəcək komandanın seçmə imtahanı keçirilib<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Beynəlxalq Riyaziyyat Olimpiadasında ölkəmizi təmsil edəcək komandanın seçmə imtahanı təşkil olunub.

Kitabxanadan 525.az-a bildirilib ki, seçmə imtahana tədris ilinin əvvəlindən hazırlıq prosesində iştirak edən əvvəlki illərdə respublika üzrə qalib olan şagirdlər dəvət alıblar. İki gün davam edən seçmə imtahanında şagirdlər hər gün üç açıq tipli sualı 4.5 saat müddət ərzində cavablandırıblar. Yekunda isə ölkəmizi təmsil edəcək komanda üzvləri bəlli olacaq.

Qeyd edək ki, Beynəlxalq Riyaziyyat Olimpiadası hər il bir ölkədə keçirilir. Builki olimpiada Böyük Britaniyanın Bat şəhərində keçiriləcək. Həmçinin beynəlxalq fənn olimpiadalarında iştirak edəcək Azərbaycan milli komandasının seçim imtahanları Təhsil İnstitutunun müvafiq şöbəsi tərəfindən aparılır.

Sevinc Qarayeva 

 





23.04.2024    çap et  çap et