525.Az

Tayvanda 6,1 və 6 bal gücündə iki zəlzələ


 

Tayvanda 6,1 və 6 bal gücündə iki zəlzələ<b style="color:red"></b>

Tayvanın Hualien şəhərində ardıcıl olaraq 6,1 və 6 bal gücündə iki zəlzələ baş verib.

525.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) Tayvanın şərq sahilindəki Hualien şəhərinin cənubunda iki zəlzələ baş verdiyini açıqlayıb. 10 kilometr dərinlikdə 6 dəqiqə fərqlə qeydə alınan zəlzələlərin maqnitudası 6,1 və 6 olaraq müəyyən edilib. İlkin məlumatlara görə, zəlzələlərdə can və ya mal itkisi qeydə alınmayıb.

Qeyd edək ki, aprelin 3-də Tayvanın Hualien şəhərində 7,4 bal gücündə zəlzələ baş vermişdi.

Məhəmməd Tağıyev

 





23.04.2024    çap et  çap et