Almaniyada ifrat sağçı populist Almaniya üçün Alternativ (AfD) Partiyasının üzvü Maksimilian Krah üçün çalışan Jian G-nin Çin adına casusluq ittihamı ilə saxlanıldığı açıqlanıb.
525.az xəbər verir ki, Federal Prokurorluğun verdiyi açıqlamaya görə, Drezdendə saxlanılan Almaniya vətəndaşı Jian G xarici kəşfiyyat xidmətinə casusluq etməkdə günahlandırılıb. Axtarışlar 2019-cu ildən Krahla ilə işləyən Jian G-nin evində aparılıb.
Qeyd edək ki, açıqlamada şübhəlinin Almaniyadakı Çinli müxaliflərə də kəşfiyyat xidməti üçün casusluq etdiyi bildirilib.
Məhəmməd Tağıyev
çap et