525.Az

Şimali Koreya təlim keçirib


 

Şimali Koreya təlim keçirib<b style="color:red"></b>

Şimali Koreya çoxlu reaktiv yaylım atəşi sistemlərinin istifadə olunduğu və ssenariyə uyğun olaraq düşmən hədəflərinə nüvə əks-hücumunun həyata keçirildiyi təlim təşkil etdiyini açıqlayıb.

525.az xəbər verir ki, ölkə lideri Kim Çen Inın nəzarəti altında düşmən hədəflərinə nüvə əks-hücumunun ssenariləşdirildiyi təlim keçirilib. Təlimdə nüvə başlıqları daşıya bilən iri 600 millimetrlik çoxsaylı reaktiv yaylım atəşi qurğuları sınaqdan keçirilib və 352 kilometr uzaqlıqdakı adaya uğurla vurulub.

Qeyd edək ki, təlim Şimali Koreyanın bütün nüvə qüvvələrinin komandanlıq, idarəetmə, nəzarət və əməliyyat sisteminin etibarlılığını təsdiqləyib.

Məhəmməd Tağıyev

 





23.04.2024    çap et  çap et