525.Az

ABŞ-də sürücü yanan avtomobildən son anda xilas olub


 

ABŞ-də sürücü yanan avtomobildən son anda xilas olub<b style="color:red"></b>

ABŞ-nin Minnesota ştatında yanan avtomobildə olan sürücü ətrafdakılar tərəfindən son anda xilas edilib.

525.az xəbər verir ki, ABŞ-nin Minnesota ştatının paytaxtı Sent Paulda insanlar yanan avtomobildə sıxışıb qalan sürücünü xilas etməyə çalışıb. Sağ tərəfi alov içində qalan maşının sürücüsü maneəyə görə qapını aça bilməyəndə ətrafdakılar onun köməyinə çatıb.

Ən azı 5 nəfər qapını zorla açmağa çalışarkən, bir nəqliyyat işçisi çəkiclə maşının şüşəsini sındırmağa müvəffəq olub. Şüşə sındırıldıqdan sonra sürücü sürətlə avtomobildən çıxarılıb.

Qeyd edək ki, sürücü xilas edildikdən qısa müddət sonra bütün avtomobil yanıb.

Məhəmməd Tağıyev

 





23.04.2024    çap et  çap et