525.Az

İtaliyada 13 mühafizəçi saxlanılıb


 

İtaliyada 13 mühafizəçi saxlanılıb<b style="color:red"></b>

İtaliyanın Milan şəhərindəki cəzaçəkmə müəssisəsində 13 mühafizəçinin uşaq məhbuslarla pis rəftar etmək və onlara işgəncə vermək səbəbi ilə saxlanıldığı bildirilib.

525.az xəbər verir ki, Milan Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Milandakı Cesare Beccaria yetkinlik yaşına çatmayanlar üçün həbsxanada işləyən 13 mühafizəçi uşaqlara pis rəftar və işgəncələr etməsi səbəbilə saxlanılıb.

İstintaq çərçivəsində 8 nəfər də dövlət vəzifəsindən müvəqqəti kənarlaşdırılıb. Həmçinin bir məhbusa qarşı cinsi zorakılığın tətbiq edilməsi iddiası da araşdırılır.

2022-ci ildən pis rəftarın davam etdiyi və bunun işgəncə qurbanı olan uşaq məhbusların bildirişləri əsasında texniki monitorinq vasitəsilə aşkar edildiyi bildirilib.

Məhəmməd Tağıyev

 





23.04.2024    çap et  çap et