525.Az

ABŞ-nin Ukraynaya yardım qərarı təhlükəli və qanunsuzdur - Peskov


 

ABŞ-nin Ukraynaya yardım qərarı təhlükəli və qanunsuzdur - <b style="color:red">Peskov</b>

Kremlin sözçüsü Dmitri Peskov, ABŞ-nin dondurulmuş Rusiya aktivlərini Ukraynanın xeyrinə istifadə etmə qərarının "mənfi, təhlükəli və qanunsuz" olduğunu bildirib.  

525.az xarici mediaya istinadən xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərə açıqlamasında: "Bu, iqtisadi sistemin bütün əsaslarının məhv edilməsindən başqa bir şey deyil. Bu, ictimai mülkiyyətə və xüsusi mülkiyyətə zərər vermək cəhdidir”, - deyib.

Polşa Prezidenti Anjey Dudanın “Amerika nüvə silahlarını ölkəsində yerləşdirməyə hazırdırlar” ifadəsi ilə bağlı sualı cavablandıran Peskov: “Bu plan reallaşarsa, rus əsgərləri vəziyyəti təhlil edərək təhlükəsizliyimizi təmin etmək üçün lazımi addımları atacaqlar", - deyə qeyd edib.

Malik Atilay

 





23.04.2024    çap et  çap et