525.Az

ABŞ-nin Suriyadakı hərbi bazası İraqdan raket atəşinə tutulub


 

ABŞ-nin Suriyadakı hərbi bazası İraqdan raket atəşinə tutulub<b style="color:red"></b>

Suriyanın şimal-şərqindəki ABŞ hərbi bazası İraq tərəfindən atəşə tutulub.

525.az xəbər verir ki, "Reuters" bu barədə təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb. 

İraqın Zamar şəhərindən obyektə doğru ən azı 5 raketin atıldığı qeyd edilir.

Qeyd edək ki, agentlik bunun fevralın əvvəlindən bəri Suriyada ABŞ qüvvələrinə qarşı ilk hücum olduğunu bildirib.

Havar Şəfiyeva 

 





23.04.2024    çap et  çap et