525.Az

Netanyahu HƏMAS-a təzyiqi artırmağa söz verib


 

Netanyahu HƏMAS-a təzyiqi artırmağa söz verib<b style="color:red"></b>

İsrailin Baş naziri Benyamin Netanyahu yəhudilərin Pasxa bayramı münasibətilə etdiyi çıxışda Qəzza zolağında girovların azad edilməsini təmin etmək üçün İsrailin Fələstinin HƏMAS qruplaşmasına yeni ağrılı zərbələr vuracağını bildirib.

525.az xəbər verir ki, onun sözlərini "The Times of Israel" yayıb.

“Yaxın günlərdə biz HƏMAS-a hərbi və diplomatik təzyiqləri artıracağıq, çünki bu, girovlarımızı azad etmək və qələbəmizə nail olmaq üçün yeganə yoldur”, - deyə siyasətçi bildirib.

Netanyahu əlavə edib ki, israilli girovların azad edilməsi ilə bağlı bütün təkliflər Fələstin qrupu tərəfindən rədd edilib.

Havar Şəfiyeva

 





23.04.2024    çap et  çap et