525.Az

Everesti qalxarkən yoxa çıxan alpinistin məktubları 100 il sonra nəşr olunub


 

Everesti qalxarkən yoxa çıxan alpinistin məktubları 100 il sonra nəşr olunub<b style="color:red"></b>

İngilis alpinist Corc Mallorinin 1924-cü ildə Everest dağına qalxmaq cəhdi zamanı həyat yoldaşına yazdığı məktublar 100 il sonra ictimaiyyətlə paylaşılıb. Mallori alpinist həmkarı Sandy Irvine ilə Everestin zirvəsinə qalxmağa çalışarkən itib.

525.az xarici mediaya istinadən xəbər verir ki, britaniyalı alpinist Corc Mallori və dostu Sendi İrvine 1924-cü ildə Everestə qalxarkən yoxa çıxıblar. Mallorinin cəsədi 1999-cu ildə tapılıb. Mallorinin həyat yoldaşı Rut Malloriyə dağa qalxma cəhdləri zamanı yazdığı məktublar 100 il sonra Cambridge Magdalene College tərəfindən ictimaiyyətlə paylaşılıb. Məktəbdən verilən açıqlamada Mallorinin son üç məktubunun arxivdə tapıldığı və bu məktubların 1999-cu ildə cansız bədəni tapıldıqdan sonra gödəkçəsinin cibindən götürüldüyü bildirilib.

Məktəb arxivçisi Katy Green bildirib ki, Mallorinin məktubları bir çox mövzuları, o cümlədən Birinci Dünya Müharibəsi zamanı təəssüratlarını və 1923-cü ildə ABŞ-yə səfərini əhatə edib. Məktublarda onun 1921-ci ildə Evereste ilk ekspedisiyası və dağı araşdırmaq üçün ikinci missiyası haqqında yazıları da var.

Arxiv mütəxəssisi Katy Green bildirib ki, məktubların birində Mallori həyat yoldaşı Ruta yazıb ki, onların zirvəyə çatmaq üçün 50 faiz şansları var.

Malik Atilay 

 





23.04.2024    çap et  çap et