525.Az

Koreya Respublikası Ukraynaya aşağı faizli kredit verəcək


 

Koreya Respublikası Ukraynaya aşağı faizli kredit verəcək<b style="color:red"></b>

Cənubi Koreya İqtisadi İnkişaf Əməkdaşlıq Fondu (EDCF) layihəsi çərçivəsində Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya aşağı faizli kreditlərin verilməsi üçün çərçivə sazişi imzalayıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, "Yonhap"dakı xəbərə görə, Cənubi Koreya İqtisadiyyat və Maliyyə Nazirliyindən verilən açıqlamada, G20 Maliyyə Nazirləri və Mərkəzi Bank Rəhbərləri Toplantısı çərçivəsində ABŞ-də olan nazir Çoi Sanq-mok və ukraynalı həmkarı Sergey Marçenkonun Vaşinqtonda aşağı faizli kredit proqramları üçün müqavilə imzaladığı bildirilib.

Bəyanatda imzalanan sazişin kredit dəstəyi üçün hüquqi baza yaradacağı vurğulanıb və iki ölkənin Ukraynanın yenidən qurulması və inkişafına kömək edəcək layihələri ortaya çıxarmaq barədə razılığa gəldiyi vurğulanıb.

Bu razılaşma Cənubi Koreyanın Ukraynaya verdiyi 2,1 milyard dollar aşağı faizli kreditin yolunu açıb.

Qeyd edək ki, Cənubi Koreya 2023-cü ilin sentyabrında Ukraynaya 2,3 milyard dollar yardım vəd etmişdi. Dəstəyin 200 milyon dollarının Ukraynanın ehtiyaclarını qarşılamaq üçün humanitar yardım olaraq göndəriləcəyini açıqlayan Seul rəhbərliyi, qalan 2,1 milyard dolların iqtisadi yardım çərçivəsində aşağı faizli və uzunmüddətli kreditlər şəklində veriləcəyini açıqlayıb.

Malik Atilay 

 





23.04.2024    çap et  çap et