525.Az

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib


 

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib<b style="color:red"></b>

Aprelin 23-də Qambiya Respublikasında səfərdə olan ölkəmizin Mərakeş Krallığındakı, eyni zamanda, Qambiyadakı səfiri Nazim Səmədov etimadnamələrini bu ölkənin Prezidenti Adama Barrouya təqdim edib.

525.az-a bu barədə Azərbaycanın Mərakeşdəki səfirliyindən bildirilib.

Qambiyanın paytaxtı Banjulda yerləşən Prezident sarayında təşkil edilmiş mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini Adama Barrouya çatdıran səfir 2024-cü ildə ölkələrimiz arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd edildiyini də vurğulayıb. Həmçinin diplomat Azərbaycan Prezidentinin A.Barrouya ünvanladığı 2024-cü ilin noyabrında ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət məktubunu da Qambiya Prezidentinə təqdim edib.

 





24.04.2024    çap et  çap et