525.Az

Dünya beyin mərkəzləri nümayəndələrinin Qarabağa səfəri başlayıb


 

Dünya beyin mərkəzləri nümayəndələrinin Qarabağa səfəri başlayıb<b style="color:red"></b>

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.

525.az “Report”a istinadən xəbər verir ki, səfərdə 30 ölkədən 64 beyin mərkəzinin nümayəndəsi iştirak edir.

Qonaqlar öncə Zəngilan şəhərinə baş çəkiblər, burada onlar Zəngilan Beynəlxalq Hava Limanı ilə tanış olublar. Ekspertlər bir gün əvvəl Bakıda başlayan beynəlxalq forumun öz işini davam etdirəcəyi Laçın şəhərinə də səfər edəcəklər.

Forum iştirakçıları bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq və Azərbaycanın “yaşıl enerji” sahəsində fəaliyyətini müzakirə edəcəklər.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ili ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edib.

 





24.04.2024    çap et  çap et