525.Az

Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan azyaşlı valideynlərinə təhvil verilib


 

Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan azyaşlı valideynlərinə təhvil verilib<b style="color:red"></b>

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərinin Rəsulzadə küçəsində yerləşən çoxmənzilli yaşayış binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

525.az-a FHN-in Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xüsusi alpinist ləvazimatlarından istifadə edərək onikimərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olan xilasedicilər tərəfindən yatmış vəziyyətdə aşkar olunmuş 2014-cü il təvəllüdlü uşaq valideynlərinə təhvil verilib.

 





24.04.2024    çap et  çap et