525.Az

Sabiq baş pediatrın ölümü ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB


 

Sabiq baş pediatrın ölümü ilə bağlı cinayət işi başlanılıb - <b style="color:red"> YENİLƏNİB</b>

Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanılıb.

525.az xəbər verir ki bu barədə Baş Prokurorluqdan bildirilib.

"1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci -ci (özünü öldürmə həddinə çatırma) maddəsi ilə cinayət işi başlanılıb", - məlumatda deyilir.

xxx

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.

525.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 1951-ci il təvəllüdlü Nəsib Cəfər oğlu Quliyevin aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Məlumata görə, hadisənin başvermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

 





24.04.2024    çap et  çap et