525.Az

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb


 

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.

525.az Report-a istinadən xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Məlumata görə, səfər prezidentlərin təkbətək görüşü ilə davam edib. Daha sonra Rəcəb Tayyib Ərdoğan və Frank Valter-Ştaynmayerin başçılığı ilə nümayəndə heyətlərinin görüşü başlayacaq.

Qeyd edək ki, Almaniya Prezidenti aprelin 22-dən Türkiyədə səfərdədir.

 





24.04.2024    çap et  çap et