525.Az

NATO-nun təlimi zamanı bir ispan əsgər ölüb


 

NATO-nun təlimi zamanı bir ispan əsgər ölüb<b style="color:red"></b>

İspaniya Quru Qoşunları Komandanlığı NATO-nun Polşadakı təlimi zamanı bir ispan əsgərin öldüyünü açıqlayıb.

525.az xəbər verir ki, Quru Qoşunları Komandanlığının "X" hesabında paylaşdığı yazıya görə, NATO-nun Mühafizə olunan Piyada Batalyonu və digər müttəfiq ölkələri və müxtəlif bölmələrinin iştirak etdiyi "Sabit Müdafiəçi 24" adlı təlimdə real güllələrdən istifadə etməklə taktiki təlimlərə başlanılıb.

Belə ki, 43 yaşlı B.G.P.A adlı kapral taktiki məşq zamanı güllə ilə vurularaq həyatını itirib. İspaniyanın Baş naziri Pedro Sançes də məsələ ilə bağlı paylaşım edib və hərbçinin ailəsinə başsağlığı verib.

Məhəmməd Tağıyev

 





24.04.2024    çap et  çap et