525.Az

İrana qarşı yeni sanksiyalar təklif edilir


 

İrana qarşı yeni sanksiyalar təklif edilir<b style="color:red"></b>

Avropa Parlamentinin Belçikadan olan üzvü Assita Kanko İranın aprelin 13-dən 14-nə keçən gecə İsrailə hücumu ilə əlaqədar Tehrana qarşı yeni sanksiyaların tətbiqinə çağırıb.

525.az xəbər verir ki, bu barədə "Lenta.ru" məlumat yayıb. 

Məlumata görə, Kanko Avropa İttifaqının diplomatiya rəhbəri Cozep Borrellə ​​müraciətində ölkəyə ballistik raketlərin yaradılması üçün komponentlərin tədarükünə qadağa qoyulmasını nəzərdə tutan yeni sanksiyalar növü təklif edib.

Qeyd edək ki, aprelin 1-də İsrail Suriyanın paytaxtı Dəməşqdə İran səfirliyinin yanındakı binaya hücum edib. Hücum zamanı diplomatik missiya binası dağıdılıb, 16 nəfər həlak olub. Aprelin 13-dən 14-nə keçən gecə isə İran İsrailə hücüm edib.

Havar Şəfiyeva

 





24.04.2024    çap et  çap et