525.Az

ABŞ siyasətində ikili standartlar yoxdur - Blinken


 

ABŞ siyasətində ikili standartlar yoxdur - <b style="color:red">Blinken</b>

ABŞ dövlət katibi Antoni Blinken Qəzza zolağındakı münaqişəyə Vaşinqtonun tərəfli yanaşması ilə bağlı ittihamlara cavab verərək bildirib ki, ölkə siyasətində ikili standartlar yoxdur.

525.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

“Bizdə ikili standartlar varmı? Cavab xeyrdir”, - deyə  Blinken bildirib.

Dövlət katibi əlavə edib ki, Birləşmiş Ştatlar İsrailin Qəzzada hərəkətlərini qiymətləndirərkən ölçülüb-biçilmiş yanaşma nümayiş etdirir. 

Qeyd edək ki, aprelin 21-də məlum olub ki, ABŞ Fələstində insan haqlarını pozduğuna görə ilk dəfə olaraq İsrail Müdafiə Qüvvələrinin bölməsinə qarşı sanksiyalar tətbiq edəcək. Sanksiyalar batalyonun və onun üzvlərinin ABŞ-dən hər hansı hərbi yardım almasının və ya ABŞ təlimatçılarından təlim almasının qarşısını alacaq.

Havar Şəfiyeva 

 





24.04.2024    çap et  çap et