525.Az

Ukrayna: Rusiya Kiyev və 3 bölgəyə hücum edib


 

Ukrayna: Rusiya Kiyev və 3 bölgəyə hücum edib<b style="color:red"></b>

Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Mikolayiv, Odessa və Çerkassı bölgələrinə pilotsuz uçuş aparatları və ballistik raketlərlə hücum edib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada, Rusiyanın bu gecə 2 ədəd "İskəndər-M" ballistik raketi və 16 ədəd "Şahed" tipli pilotsuz uçuş aparatı (PUA) ilə Ukrayna ərazisinə hücum etdiyi bildirilib.

Açıqlamada Kiyev, Mikolayiv, Odessa və Çerkassı vilayətlərində 15 PUA-nın hava qüvvələri tərəfindən vurulduğu qeyd edilib.

Kiyev Şəhər Hərbi İdarəsinin rəisi Sergey Popko Administrasiyanın sosial media hesabında verdiyi açıqlamada PUA-ların Rusiyanın Kursk vilayətindən Kiyevə göndərildiyini bildirib.

Popko paytaxta hücum nəticəsində xəsarət alan və dağıntıların olmadığı barədə məlumat paylaşıb.

Odessa Vilayəti Hərbi İdarə rəisi Oleq Kiper sosial media hesabındakı paylaşımında Rusiya ordusunun Odessada həyata keçirdiyi PUA hücumunda evlərə ziyan dəydiyini, 2-si uşaq olmaqla 7 nəfərin yaralandığını bildirib.

Malik Atilay 

 





24.04.2024    çap et  çap et