525.Az

Avropa Parlamenti Aİ-nin yeni maliyyə qaydalarını təsdiqlədi


 

Avropa Parlamenti Aİ-nin yeni maliyyə qaydalarını <b style="color:red">təsdiqlədi</b>

Avropa Parlamenti (AP) Avropa İttifaqı (Aİ) ölkələrinin dövlət xərclərinin və büdcə kəsirlərinin azaldılmasına yönəlmiş yeni maliyyə qaydalarını təsdiqləyib.

525.az xarici mediaya istinadən xəbər verir ki , AP Baş Assambleyasının Strasburqda keçirilən sessiyasında Aİ-nin yeni maliyyə qaydaları səs çoxluğu ilə qəbul edilib.

Müvafiq olaraq, üzv ölkələrin dövlət borcları və büdcə kəsirləri mərhələli, davamlı və böyüməyə uyğun şəkildə azalacaq.

Qeyd edək ki, rəqəmsal və yaşıl transformasiya, sosial və müdafiə xərcləri də daxil olmaqla müəyyən strateji sahələrə investisiyalar qorunacaq.

Malik Atilay 

 





24.04.2024    çap et  çap et