525.Az

Serb üzv COP29-da iştiraka dəvət edilib


 

Serb üzv COP29-da iştiraka dəvət edilib<b style="color:red"></b>

23 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin serb üzvü xanım Jelyka Tsviyanoviç ilə görüşüb və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən J.Tsviyanoviçə ünvanlanmış BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a dəvət məktubunu təqdim edib.

525.az xəbər verir ki, görüş zamanı Səfir Azərbaycanda COP29-a hazırlıqla bağlı işlər və yaşıl enerjiyə keçid sahəsində icra edilən genişmiqyaslı layihələr barədə ətraflı məlumat verib. 

J.Tsviyanoviç isə bu ilin mart ayında Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşündən xoş təəssüratlarını bölüşüb və Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında hərtərəfli əlaqələrin inkişafından məmnunluğunu ifadə edib.

 





24.04.2024    çap et  çap et