525.Az

Bartın Universitetinin müəllimi ADPU-da olub


 

Bartın Universitetinin müəllimi ADPU-da olub<b style="color:red"></b>

Aprelin 24-də Türkiyənin Bartın Universitetinin müəllimi Ayşenur Nazik Fayız Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olub.

ADPU-dan 525.az-a bildirilib ki, universitetin rektoru professor Cəfər Cəfərovla keçirilən görüşdə qonağa bu ali təhsil ocağı haqqında məlumat verilib. ADPU-nun xarici universitetlər, xüsusilə də Türkiyə universitetləri ilə əməkdaşlığından bəhs edən rektor əsas məqsədin bu əlaqələri daha da genişləndirmək olduğunu vurğulayıb.

Professor Cəfər Cəfərov ADPU-nun strategiyasının əsas istiqamətlərindən birinin hər kafedrada Türkiyə universitetlərindən dəvət edilmiş azı bir müəllimin fəaliyyət göstərməsi olduğunu bildirib.

Sevinc Qarayeva 

 





24.04.2024    çap et  çap et