525.Az

Şimali Koreya İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib


 

Şimali Koreya İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib<b style="color:red"></b>

Şimali Koreya COVID-19 epidemiyasından sonra ilk dəfə İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib.

525.az xəbər verir ki, Şimali Koreyanın xarici iqtisadi əlaqələr naziri Yun Jung Ho-nun rəhbərlik etdiyi Pxenyan nümayəndə heyətinin İrana rəsmi səfər çərçivəsində getdiyi bildirilib. Belə ki, Şimali Koreya lideri Kim Çen In diplomatik təcriddən çıxmaq üçün ABŞ-ə qarşı olan ölkələrlə əməkdaşlığı inkişaf etdirməyə çalışır.

Qeyd edək ki, Pxenyan COVID-19 tədbirləri çərçivəsində sərhədlərini bağlayana qədər Tehranla diplomatik əlaqələri davam etdirmişdi.

Məhəmməd Tağıyev

 





24.04.2024    çap et  çap et